AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək Avropa Konfrans Liqasının pley-off mərhələsinin oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, türkiyəli funksioner Şotlandiyanın “Harts” və Yunanıstanın PAOK komandası arasında keçiriləcək ilk oyunun hakim-inspektoru olacaq.
Qarşılaşma avqustun 24-də Şotlandiyanın Edinburq şəhərində baş tutacaq. Barış Şimşək bu oyunda Latviyadan olan hakimlərin işinə qiymət verəcək.
Xatırladaq ki, “Harts”la PAOK arasındakı cavab oyunu avqustun 31-də keçiriləcək.