Barış Şimşək “Olimpiakos”un matçına təyinat aldı

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək Avropa Liqasının 2023/2024 mövsümünün qrup mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, türkiyəli funksioner “Baçka Topola” (Serbiya) – “Olimpiakos” (Yunanıstan) matçının hakim-inspektoru olacaq.

Qarşılaşma oktyabrın 5-də Serbiyadakı “TSC Arena”da baş tutacaq. Barış Şimşək bu oyunda Fransadan olan hakimlərin işinə qiymət verəcək.