Barış Şimşək Slovakiya – İslandiya matçına təyinat aldı

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Avropa çempionatının seçmə mərhələsı çərçivəsində keçiriləcək Slovakiya – İslandiya oyununun hakim-inspektoru Barış Şimşək olacaq.

Qarşılaşma noyabrın 16-da Bratislavada baş tutacaq. Türkiyəli funksionerin bu oyunda işinə qiymət verəcəyi hakimlər hələ rəsmi olaraq açıqlanmayıb.