Barış Şimşək “Svift” – TNS matçına təyinat aldı

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, türkiyəli funksioner Uelsin TNS və Lüksemburq “Svift” komandası arasında keçiriləcək cavab oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma avqustun 3-də Lüksemburqda baş tutacaq. Barış Şimşək bu oyunda Maltadan olan hakimlərin işinə qiymət verəcək.

Xatırladaq ki, TNS-lə “Svift” arasındakı ilk oyun iyulun 27-də keçiriləcək.