“Barselona” – “Atletiko” oyununda XXI əsrin rekordu

İspaniya Kral Kubokunun yarımfinalında “Barselona” və Madrid “Atletiko”su arasında keçirilmiş ilk oyun rekordla əlamətdar olub.

Arena.az məlumat verir ki, 4:4 hesablı heç-heçə oynamış komandalar XXI əsrdə ən qollu oyunlarını keçirməklə rekord müəyyənləşdiriblər.

Buna qədər “Barselona” və Madrid “Atletiko”su arasında keçirilmiş ən qollu oyun 1997-ci ildə İspaniya Kral Kubokunun 1/4 final mərhələsinin oyununa təsadüf edib. O vaxt “blauqrana” “döşəkçilər”i 5:4 hesabı ilə məğlub etmişdi.

Komandalar arasında cavab oyunu aprel ayının 2-də Madriddə baş tutacaq.

Xəbəri istədiklərinizlə paylaşın