“Barselona” ciddi itki ilə üzləşdi

İspaniyanın “Barselona” klubu ciddi itki ilə üzləşib.

Arena.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Pedri zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan futbolçu La Liqanın 25-ci turunun “Sevilya” ilə səfər matçında (2:0) sıradan çıxıb.

Pedrinin son durumu tibbi müayinədən sonra bilinəcək. 18 yaşlı futbolçu bu mövsüm 25 oyuna çıxıb, 2 qola imza atıb.