Kataloniya nəhəngi “Barselona” “blauqrana”nın 60 yaşlı alman baş məşqçisi Hans-Diter Fliklə müqavilə müddətini uzadıb.
Arena.az bu barədə İspaniya çempionunun rəsmi saytına istinadən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti 2027-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Xatırladaq ki, alman mütəxəssisin əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuşdu.
Xatırladaq ki, Flik 2024-cü ilin iyul ayında “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Alman mütəxəssisin qarşısında bir məqsəd qoyulub – “Barsa”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.
Çalışdırdığı müddətdə Hansi Flik bu komandanı 59 oyuna çıxarıb, 43 qələbə, 7 heç-heç, 9 məğlubiyyət yaşayıb. Topların fərqi isə 171:72 nisbətindədir.
Kataloniya təmsilçisi cari mövsümdə alman mütəxəssisin rəhbərliyi altında 3 qənimət qazanıb. “Barsa” 2024/2025-ci illər mövsümünün İspaniya Super Kubokunu, İspaniya Kral Kubokunu və İspaniya La Liqasını qazanıb. Flikin “Barselona”sı yalnız Çempionlar Liqasının yarımfinalında büdrəyib. İtaliya nəhəngi “İnter” Kataloniya təmsilçisinin finala çıxmasına imkan verməyib (səfərdə 3:3; evdə 4:3, əsas vaxt 3:3).