“Barselona” inamlı qələbəyə sevindi, “Sevilya” uduzdu

Futbol üzrə İspaniya La Liqasında 26-cı turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.

İspaniya kubokunda “Sevilya”nı darmadağınla məğlub edən “Barselona”nın çempionatdakı rəqibi “Osasuna” olub. Kataloniya təmsilçisi səfərdə inamlı qələbəyə sevinib.

“Sevilya” isə bu dəfə “Elçe”nin müqavimətini qırmağa çalışsa da, sonda məğlubiyyətlə üzləşib.

İspaniya La Liqası
26-cı tur
5 mart

Valensiya – Vilyarreal 2:1
Qol: Soler, 86-pen. Quedes, 90+2 – Moreno, 40-pen.

6 mart

Valyadolid – Xetafe 2:1
Qol: Plano, 14. Vaysmann, 24 – Mata, 37.

Elçe – Sevilya 2:1
Qol: Quti, 70. Karrilyo, 76 – De Yonq, 90.

Kadis – Eybar 1:0
Qol: Neqredo, 40.

Osasuna – Barselona 0:2
Qol: Alba, 30. Moriba, 83.

7 mart

17:00 Hueska – Selta
19:15 Atletiko – Real
21:30 Real Sosyedad – Levante
00:00 Atletik – Qranada

8 mart

00:00 Betis – Alaves