“Barselona” – La Liqanın oyunçu satın almamış yeganə klubu

“Barselona” İspaniya La Liqasının təmsilçiləri arasında hələ bir futbolçu belə, satın almamış yeganə klubdur.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Kataloniya klubunun bu yay yeganə transferi yeni baş məşqçi – alman mütəxəssis Hans-Diter Flikdir.

Daha əvvəl, Madrid “Atletiko”su norveçli hücumçu Aleksander Sörlotu və ispaniyalı müdafiəçi Roben Le Normanı “döşəkçilər”in heyətinə qatdıqdan sonra, “baluqara” oyunçu əldə etməmiş yeganə La Liqa klubu olaraq qalır.

Hazırda, “Barselona”nın “Bayern”in 22 yaşlı ispan vingeri Brayan Saraqosanı satın almaq imkanlarını araşdırdığı barədə məlumat yayılıb. Daha bir məlumat var ki, cari transfer pəncərəsi zamanı “Barselona” Bilbao “Atletik”inin ispaniyalı vingeri Niko Uilyamsı, eləcə də “Leypsiq”in ispaniyalı yarımmüdafiəçisi Daniel Olmonu öz heyətinə qartmaq məqsədilə danışıqlar aparır. Amma hər iki futbolçunun keçidi ilə bağlı danışıqlar hələ ki, Kataloniya nəhəngi üçün uğursuz gedir.