Argentina yığmasının ulduz hücumçusu Lionel Messi “Barselona” rəsmilərinə sabiq klubuna qayıtmayacağını bildirib.
Arena.az xəbər verir ki, bu haqda ilk məlumat məsələni diqqət mərkəzində saxlayan ispan jurnalist-insayder Migel Rikonun “Twitter” hesabında əks olunub.
35 yaşlı ulduz karyerasını MLS təmsilçisi “İnter Mayami”də davam etdirəcək. Daha əvvəl bildirilmişdi ki, Messinin həyat yoldaşı Antonella ulduz futbolçunun karyerasını MLS-də davam etdirməsinə meyllidir. Messinin özü və atası Xorxe isə indi Səudiyyə Ərəbistanından gələn variantı nəzərdən keçirirlər. Heç kim “Barselona”ya keçmək haqda düşünmür.
Messinin karyerasını “İnter Mayami”də davam etdirməyə razılıq verəcəyi təqdirdə bir sıra bonuslar alacağı barədə də məlumat yayılmışdı. Argentinalı hücumçuya karyerasını bitirdikdən sonra liqada istənilən komandanı satın almağa icazə veriləcəyi bildirilirdi.
Xatırladaq ki, Messi son komandası PSJ-ni azad aget qismində tərk edib. Ulduz hücumçu 2000-2021-ci illərdə “Barselona”da çıxış edib, komanda ilə çoxsaylı titullar qazanıb.