“Barselona” keçmiş hücumçusu Malkomun Sankt-Peterburq “Zenit”i tərəfindən satılacağı halda 40 milyon avrodan çox qazanc əldə edə bilər. Arena.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, “Zenit” Malkomu satacağı halda əldə edəcəyi məbləğdən “Barselona”ya çatan haqqı ödəməlidir.
Hazırda Malkom London “Arsenal”ı, “Mançester Siti”, “Nyukasl” və PSJ-nin hədəfindədir.
Malkom İspaniya klubunda 2018/2019 mövsümündə çıxış edib. Ardınca hücumçunu Rusiyanın “Zenit” klubu sıralarına cəlb edib. Bu sövdələşməyə peterburqlular 40 milyon avro ilə yanaşı əlavə bonuslar şəklində 5 milyon avro ödəyiblər. Öz növbəsində Kataloniya təmsilçisi satış haqda razılığın müvafiq bəndində futbolçunun gələcəkdə satışından əldə ediləcək gəlirdə pay sahibi olması haqda şərt qoyub. Bu şərt Malkomun satışa çıxarılacağı halda transfer məbləğinin ötən satış məbləğindən çox olmasını ehtiva edir. Sövdələşmə baş tutarsa, tərəflər həm gəlir əldə edəcək və həm də maliyyə feyr-pleyinin şərtlərini yerinə yetirmiş olacalar.
26 yaşlı Malkom bu il Rusiya pasportu əldə edib. O, cari mövsümdə “Zenit”in heyətində 33 oyunda meydana çıxaraq 26 qola imza atıb, 10 məhsuldar ötürmə ilə fərqlənib.
Yarımmüdafiəçi bu komandada bütövlükdə 108 oyuna çıxıb. 26 yaşlı sağ cinah vingeri Sankt-Peterburq klubunda 42 qol vurub, 24 məhsuldar ötürmə müəllifi olub. Əslən Braziliyadan olan oyunçu daha öncə “Barselona”, “Bordo” və “Korintians”ın da formasını geyinib. O da Braziliyanın U-20 və U-23 yığmasında xeyli oyun keçirməsinə baxmayaraq, əsas millidə debüt şansı qazanmayıb.