“Barselona” səfərdə çətin qələbəyə sevindi

Futbol üzrə İspaniya La Liqasında 22-ci turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bazar günü daha dörd görüş baş tutub. “Real Sosyedad” “Kadis” üzərində darmadağına sevinibsə, “Atletik” – “Valensiya” matçında qalib müəyyənləşməyib. “Osasuna” “Eybar”ı məğlub yola salıb.

Ronald Kumanın rəhbərlik etdiyi “Barselona” bu tur çərçivəsində çətin “Betis” səfərinə yollanıb. Kataloniya təmsilçisi də turu çətin qələbəylə başa vurub.

Lider “Atletiko” “Selta”nı qəbul edəcək.

İspaniya La Liqası
22-ci tur
5 fevral

Alaves – Valyadolid 1:0
Qol: Xoselu, 66.

6 fevral

Levante – Qranada 2:2
Qol: Morales, 30; 67 – Kenedi, 43. Soldado, 90+2.

Hueska – Real 1:2
Qol: Qalan, 48 – Varan, 55; 84.

Elçe – Vilyarreal 2:2
Qol: Karillo, 49. Boy, 64 – Moreno, 16; 35.

Sevilya – Xetafe 3:0
Qol: Munir, 67. Qomes, 87. En Nesiri, 89.

7 fevral

Real Sosyedad – Kadis 4:1
Qol: Oyarzabal, 26-pen; 34. İsak, 54; 59 – İskerdo, 65.

Atletik – Valensiya 1:1
Qol: Sanmartin, 43 – Qabriel, 65.

Osasuna – Eybar 2:1
Qol: Kalyeri, 18. Budimir, 86 – Kike, 44.

Betis – Barselona 2:3
Qol: B.İqlesias, 38. Ruis, 75 – Messi, 59. Ruis, 68-öz qapısına. Trinçao, 87.

8 fevral

00:00 Atletiko – Selta