Futbol üzrə İspaniya Super Kubokunun yarımfinal mərhələsinin Bilbao “Atletik”i ilə oyunu “Barselona” üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, qarşılaşma Kataloniya təmsilçisinin qələbəsi ilə başa çatıb – 5:0.
“Opta” portalının yaydığı məlumata görə, “Barsa” İspaniya Super Kuboku tarixində yarımfinal qarşılaşmasının birinci yarısında dörd qol vurmuş ilk komanda olub.
Xatırladaq ki, “Barselona” bu qələbə sayəsində yanvarın 11-də keçiriləcək final matçında iştirak hüququ qazanıb. Kataloniya klubunun rəqibi Madrid derbisinin qalibi – “Atletiko” və ya “Real” olacaq. İkinci finalçı bu gün keçiriləcək qarşılaşmadan sonra müəyyənləşəcək.
Qeyd edək ki, İspaniya Super Kuboku uğrunda qarşılaşmalar Səudiyyə Ərəbistanında keçirilir.
“Barsa” həm də İspaniya Super Kuboku tarixində bu titulu ən çox (15 dəfə) qazanmış klubdur. İkinci yerdə “Real” qərarlaşıb – 13 dəfə.


