“Barselona” və “Atletiko” da Çempionlar Liqasında qrupdan çıxdılar

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 5-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupları çərçivəsində 8 qarşılaşma baş tutub.

E qrupunda “Latsio” İtaliyada Şotlandiya “Seltik”ini sınağa çəkib və inamlı qələbə sayəsində növbəti mərhələyə vəsiqəni təmin edib. Niderlandda “Feyenoord”la qarşılaşan Madrid “Atletiko”su da qalib gəlməklə qrupdan çıxmağı bacarıb.

F qrupunda İtaliya nəhəngi “Milan” doğma meydanda Dortmund “Borussiya”sına məğlub olub. Fransa çempionu PSJ isə “Nyukasl”la (İngiltərə) ev oyununda məğlubiyyətdən son anda xilas olub. Bu nəticələrədən sonra “Borussiya” növbəti mərhələyə vəsiqəni təmin edib.

G qrupunda ÇL-in son qalibi “Mançester Siti” İngiltərədə Almaniyanın “Leypsiq” komandası ilə qarşılaşmadan əzmkar qələbə ilə ayrılıb. Qrupun digər matçı “Yanq Boyz” (İsveçrə) “Srvena Zvezda” (Serbiya) üzərində inamlı qələbəyə sevinib.

H qrupunda isə Donetsk “Şaxtyor”u (Ukrayna) “Antverpen”i (Belçika) məğlub yola salıb. “Barselona” da İspaniyada “Portu”nu (Portuqaliya) qəbul edib və əzmkar qələbə sayəsində qrupdan çıxmağı bacarıb.

Xatırladaq ki, bu qruplarda daha öncə “Mançester Siti” və “Leypsiq” də qrupdan çıxmağı bacarmışdı.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur
28 noyabr

E qrupu

“Latsio” (İtaliya) – “Seltik” (Şotlandiya) 2:0
Qollar: İmmobile, 82; 85.

“Feyenoord” (Niderland) – “Atletiko” (İspaniya) 1:3
Qollar: Vifer, 77 – Gertruida, 14-öz qapısına. Ermoso, 57. S.Ximenes, 81-öz qapısına.

Xal: Atletiko – 11. Latsio – 10. Feyenoord – 6. Seltik – 1.

F qrupu

“Milan” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya) 1:3
Qollar: Çukvueze, 37 – Roys, 10-pen. Bayno-Gittens, 59. Adeyemi, 69.

PSJ (Fransa) – “Nyukasl” (İngiltərə) 1:1
Qol: Mbappe, 90+8 – İsak, 24.

Xal: Borussiya – 10. PSJ – 7. Nyukasl – 5. Milan – 5.

G qrupu

“Mançester Siti” (İngiltərə) – “Leypsiq” (Almaniya) 3:2
Qollar: Haland, 55. Foden, 70. X.Alvares, 87 – Openda, 13; 33.

“Yanq Boyz” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya) 2:0
Qollar: Nedelkoviç, 8-öz qapısına. Blum, 29.

Xal: Mançester Siti – 15. Leypsiq – 9. Yanq Boyz – 4. Srvena Zvezda – 1.

H qrupu

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Antverpen” (Belçika) 1:0
Qol: Matviyenko, 12.

“Barselona” (İspaniya) – “Portu” (Portuqaliya) 2:1
Qollar: Kanselo, 32. J.Feliks, 57 – Pepe, 30.

Xal: Barselona – 12. Portu – 9. Şaxtyor – 9. Antverpen – 0.