“Barselona” Xavinin “iPhone” və “iPad”ini əlindən almaq istəyir

“Barselona” rəhbərliyi “iPhone” və “iPad”i geri qaytarmaq xahişi ilə “blauqrana”nın keçmiş baş məşqçisi Xaviyə müraciət ünvanlayıb.

Arena.az bu barədə “Barça Universal” dərgisinin jurnalist Joan Fontesə istinadı əsasında məluat verir.

Xatırladaq ki, bu vəsaitlər Kataloniya klubu tərəfindən Xavi və onun məşqçilər qərargahının üzvlərinə şəxsi istifadə üçün təqdim edilmişdi.

İndi Kataloniya klubunun rəhəbərliyi hesab edir ki, “Apple” avadanlığı “blauqrana”nın mülkiyyətidir, Xavi və onun işçiləri isə işdən çıxarıldıqdan sonra onu geri qaytarmağa borcludurlar.

Xatırladaq ki, 2024-cü ilin may ayının 24-də “Barselona” Xavini istefaya göndərib. İspan mütəxəssisin yerinə “blauqrana”nın sükanı arxasına alman mütəxəssis Hans-Diter Flik təyin edilib.

“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 143 oyun keçirib. “Barsa” bu oyunlarda 91 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 280:158 nisbətindədir.

2022/2023-cü illər mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barsa”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.

Xəbəri istədiklərinizlə paylaşın