“Barselona” yeni prezidentinə qovuşdu

İspaniyanın “Barselona” klubunda prezident seçkiləri keçirilib.

Arena.az xəbər verir ki, seçkilərin nəticəsinə əsasən, Kataloniya təmsilçisinin yeni prezidenti Xuan Laporta olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Laporta 54.28 faiz səslə qalib olub. O, 2026-cı ilə qədər Kataloniya klubuna rəhbərlik edəcək.

Prezidentliyə namizəd olan Viktor Font 29.99, Antoni Freyşa isə 8.58 faiz səs yığa bilib.

Xatırladaq ki, Laporta 2003-2010-cu illər aralığında da “Barselona”nın prezidenti olub. Klubun son prezidenti isə Xosep Maria Bartomeu idi. O, ötən ilin sonunda istefa vermək məcburiyyətində qalmışdı.