“Barselona” noyabrın 29-da klubun 125 illik yubileyi şərəfinə yeni klub talismanını – “blauqrana”nın pişiyini ictimaiyyətə təqdim edib.
Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir:
“Biz Qrangel qardaşlarının “Barselona” ilə birlikdə “blauqrana”nın 125 illik yubileyi münasibətilə yaratdığı “Pişik” talismanını alqışlayırıq. Pişik ünsiyyətcil, cəlbedici, şəndir… Dünyanın ən yaxşı klubunun ən yaxşı talismanıdır”, – La Liqa nəhənginin bəyanatında deyilir.
Kataloniya klubu 125 illik yubileyi şərəfinə “blauqrana”nın himnini də təqdim edib.
Ancaq “Pişiy”in ayağı İspaniya La Liqasının 15-ci turu çərçivəsində “Barselona”nın “Las Palmas”la ev oyununda “blauqrana”ya düşərli olmayb. “Las Palmas” bu oyunda 2:1 hesablı qələbəni bayram edib.
Kataloniya təmsilçisi məğlubiyyət nəticəsində La Liqanın liderliyin şərti olaraq “Real”a təslim edib. 15 oyundan 34 xalla “Barselona” yarış cədvəlinin zirvəsində qalsa da, 13 turdan sonra 30 xal toplamış “Real” indi mümkün lider qismindədir.
Himn:
Talisman:



