“Barselona” “YouTube” abunəçilərinin sayına görə liderdir

Kataloniya nəhəngi “Barselona” klubun rəsmi “YouTube” kanalında 20 milyon abunəçiyə çatmaqla dünyada ilk klub olub.

Arena.az bu barədə Kataloniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Milli Basketbol Assosiasiyası abunəçi sayına görə Kataloniya klubunu ötüb keçmiş yeganə idman kanalına malikdir – 22,5 milyon abunəçi. “Barselona”nın 2006-cı ildən mövcud olan “YouTube” kanalı isə 20,1 milyon abunəçini birləşdirir.

“Blauqrana”nın əzəli rəqibi “Real”ın isə “YouTube”da 16,3 milyon abunəçisi var. Madrid “Atletiko”su isə 3,91 milyona abunəçi ilə İspaniya nəhənglərinin üçlüyünü qapayır.