“Barselona”da Serxi Roberto yenə sıradan çıxdı

İspaniyanın “Barselona” klubunun müdafiəçisi Serxi Roberto yenidən zədələnib.

Arena.az xəbər verir ki, İspaniya kubokunun 1/4 finalında “Qranada” ilə matçda xəsarət alan 29 yaşlı müdafiəçinin əzələsində problem aşkarlanıb.

Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 57-ci dəqiqədə əvəzlənən oyunçunun yaşıl meydanlara dönüş vaxtı məlum deyil.

Qeyd edək ki, İspaniya mətbuatı Serxi Robertonun koronavirus testinin 26 dəfə müsbət çıxdığını yazıb. O, noyabrda zədələndiyi üçün iki ay yaşıl meydanlardan uzaq qalıb.