“Barselona”dan çətin, “Atletiko”dan asan qələbə

Futbol üzrə İspaniya La Liqasında 21-ci turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bazar günü daha dörd görüş baş tutub.

“Xetafe” – “Alaves” və “Qranada” – “Selta” oyunlarında qapılara qol vurulmayıb.

Lider “Atletiko” bu tur çərçivəsində “Kadis” səfərinə yollanıb və inamlı qələbəyə sevinib. Son turda “Elçe”ni məğlub edən “Barselona” isə bu dəfə “Atletik”i məğlub yola salıb.

İspaniya La Liqası
21-ci tur
29 yanvar

Valyadolid – Hueska 1:3
Qol: Toni, 90+3 – Mir, 37; 50; 57.

30 yanvar

Eybar – Sevilya 0:2
Qol: Okampos, 28-pen. Cordan, 55.

Real – Levante 1:2
Qol: Asensio, 13 – Morales, 32. Rocer, 78.

Valensiya – Elçe 1:0
Qol: Vass, 22.

Vilyarreal – Real Sosyedad 1:1
Qol: Parexo, 3 – İsak, 90+3.

31 yanvar

Xetafe – Alaves 0:0

Kadis – Atletiko 2:4
Qol: Neqredo, 35. 71 – L.Suares, 28; 50-pen. Saul, 44. Koke, 88.

Qranada – Selta 0:0

Barselona – Atletik 2:1
Qol: Messi, 20. Qrizmann, 75 – Alba, 49-öz qapısına.

1 fevral

00:00 Betis – Osasuna