“Barselona”dan darmadağın, “Atletiko”dan çətin qələbə

Futbol üzrə İspaniya La Liqasında 23-cü turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün daha dörd görüş baş tutub.

Ötən tur “Selta” ilə oyunda xal itirən “Atletiko” bu dəfə “Qranada” səfərinə yollanıb və çətin qələbəyə sevinib. “Barselona” “Alaves”i qəbul edib və darmadağına sevinib.

“Sevilya” doğma meydanda “Hueska”nı minimal hesabla üstələyibsə, “Eybar” – “Valyadolid” görüşündə qalib müəyyənləşməyib.

İspaniya La Liqası
23-cü tur
12 fevral

Selta – Elçe 3:1
Qol: Mina, 45; 68. Mendes, 45+2 – Riqoni, 50.

13 fevral

Qranada – Atletiko 1:2
Qol: Herrera, 66 – Lyorente, 63. Korrea, 73.

Sevilya – Hueska 1:0
Qol: El Haddadi, 57.

Eybar – Valyadolid 1:1
Qol: Kike, 23 – Mesa, 7-pen.

Barselona – Alaves 5:1
Qol: Trinkao, 29; 74. Messi, 45+1; 75. Firpo, 80 – Rioxa, 57.

14 fevral

17:00 Xetafe – Real Sosyedad
19:15 Real – Valensiya
21:30 Levante – Osasuna
00:00 Vilyarreal – Betis

15 fevral

00:00 Kadis – Atletik