“Osasuna”nın baş məşqçisi Visente Moreno İspaniya La Liqasının 8-ci turunda “Barselona” üzərində qazandıqları qələbəni (4:2) şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Yekunda qalib gəldik, hər şey yaxşı alındı. Belə komandaları məğlub etmək üçün hər xüsus mükəmməl getməlidir, baş vermişlər isə məhz belə də oldu. Biz nəhəng səy göstərdik və qismən də tribunalar sayəsində bunu bacardıq. Hesab lövhəsindəki üstünlük də bizə kömək etdi. Hər bir xüsus cəmləndi və mən bunun əla oyun olduğunu düşünürəm”, deyə Visente Moreno vurğulayıb.
8 turdan sonra “Osasuna” 14 xalla La Liqanın yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Barselona” isə gözlənilməz məğlubiyyətinə rəğmən, 21 xalla yarış cədvəlinin zirvəsindəki mövqeyini qoruyub-saxlayır.