“Barselona”nın ən ödənişli futbolçularının onluğu açıqlandı

Futbolçuların maaşları, müqavilələrini, klubların maliyyə hesablarını araşdıran “Capology” dərgisi “Barselona” üzrə hesabatını təqdim edib.

Arena.az məlumat verir ki, dərgi İspaniya klubunun ən ödənişli futbolçularının onluğu açıqlayıb.

Siyahının zirvəsində “blauqrana”nın polyak ulduz hücumçusu Robert Levandovski qərarlaşıb. Polyak futbolçunun maaşı ildə 33,3 milyon avro məbləğ təşkil edir.

“Barselona”nın ən ödənişli futbolçularının onluğunu təqdim edirik:

  1. Robert Levandovski – 33,3 milyon avro;
  2. Frenki de Yonq – 19 milyon avro;
  3. Ansu Fati – 13,9 milyon avro;
  4. Jül Kunde – 13,5 milyon avro;
  5. Rafinya – 12,5 milyon avro;
  6. Ferran Torres – 10 milyon avro;
  7. Pedri – 9,3 milyon avro;
  8. Daniel Olmo – 9,3 milyon avro;
  9. İnyiqo Martines – 9,3 milyon avro;
  10. Andreas Kristensen – 9 milyon avro.