“Barselona”nın futbolçusu 6 həftəlik sıradan çıxdı

“Barselona”nın futbolçusu Serxi Roberto uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Serxi Roberto İspaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qranada” ilə keçirilən oyunda (5:3) zədələnib. Ötən ilin sonlarında da oxşar problemlə üzləşən futbolçu iki aylıq zədədən sonra yenicə sıraya dönmüşdü.