“Başakşəhər” hücumçusu ilə vidalaşdı

Türkiyənin “Başakşəhər” klubu hücumçusu Junior Fernandeslə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Çilili hücumçunun müddəti bitən müqaviləsi yenilənməyib.

Fernandes bu ilin yanvarından “Başakşəhər”də çıxış edirdi. 33 yaşlı futbolçu Super Liqada 11 oyuna çıxıb, 2 qola imza atıb. O, Türkiyədə “Alanyaspor”un da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: