“Başakşəhər” italiyalı hücumçu transfer etdi

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi italiyalı hücumçu Stefano Okakanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Udineze”dən transfer olunmuş 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Təcrübəli hücumçu yeni komandasında 77 nömrəli formanı geyinəcək.

Stefano Okaka peşəkar karyerasına yetirməsi olduğu “Roma”da başlayıb. O, paytaxt klubunda çıxış etdiyi dönəmdə “Modena”, “Breşiya”, “Fulhem”, “Bari” və “Parma”da icarədə də oynayıb. 2012-ci ildə isə o, “Parma”ya transfer olunub. 2019-cu ildən “Udineze”də çıxış edən hücumçu, “Uotford, “Anderlext”, “Sampdoriya” və “Spetsiya”da da çıxış edib. İtaliya millisində 5 matça çıxmış futbolçu, 1 qolla yadda qalıb.