“Başakşəhər” Konfrans Liqasında “Çelye”yə böyük hesabla uduzdu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsində 2-ci turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni günə təsadüf edib.

İngiltərənin “Çelsi” komandası səfərdə Yunanıstan təmsilçisi “Panatinaikos”la üz-üzə gəlib və darmadağına sevinib.

İtaliya təmsilçisi “Fiorentina” İsveçrədə “Sankt Qallen”in qonağı olub və inamlı qələbə qazanıb.

“Haydenhaym” (Almaniya) səfərdə “Pafos”u (Kipr) tək qolla üstələyibsə, “Betis” (İspaniya) “Kopenhagen”lə (Danimarka) doğma meydanda bacarmayıb.

Türkiyənin “Başakşəhər” komandası da Sloveniyada “Çelye” ilə görüşüb və darmadağına üzülüb.

Qeyd edək ki, Avropa Konfrans Liqasında Liqa mərhələsinin 3-cü turunun oyunları noyabrın 7-də baş tutacaq.

Avropa Konfrans Liqası
Liqa mərhələsi, 2-ci tur
24 oktyabr

“Vikinqur” (İslandiya) – “Serkl Brügge” (Belçika) 3:1
Qollar: Siqurpalsson, 17. Dyuriç, 76. Vatnhamar, 83 – Olaiqbe, 16.

“Gent” (Belçika) – “Molde” (Norveç) 2:1
Qollar: Fadiqa, 24. Braun, 90+5 – Dehli, 78.

“Yurqorden” (İsveç) – “Vitoriya” (Portuqaliya) 1:2
Qollar: Stensson, 62 – Manu, 58. Santos, 79.

APOEL (Kipr) – “Borats” (Bosniya və Herseqovina) 0:1
Qol: Saviç, 63.

“Rapid” (Avstriya) – “Noa” (Ermənistan) 1:0
Qol: Belyo, 31.

“Harts” (Şotlandiya) – “Omoniya” (Kipr) 2:0
Qol: Forrest, 16. Spittal, 23.

“Sankt Qallen” (İsveçrə) – “Fiorentina” (İtaliya) 2:4
Qollar: Mambimbi, 23. Qortler, 61 – Kuarta, 50. İkone, 54; 69. Qosens, 90+3.

“Panatinaikos” (Yunanıstan) – “Çelsi” (İngiltərə) 1:4
Qollar: Pellistri, 69 – Joao Feliks, 22; 55. Mudrik, 49. Nkunku, 59.

“Yagelloniya” (Polşa) – “Petrokub” (Moldova) 2:0
Qollar: Pululu, 69; 72.

“Çelye” (Sloveniya) – “Başakşəhər” (Türkiyə) 5:1
Qollar: Svetli, 5. Brniç, 30. Seslar, 34. Kuçis, 51; 77 – Pelkas, 75.

“Larne” (Şimali İrlandiya) – “Şemrok Rovers” (İrlandiya) 1:4
Qollar: Qallaxer, 48 – Honohan, 3. Kenni, 24. Kosqrove, 30-öz qapısına. Burke, 54.

“Betis” (İspaniya) – “Kopenhagen” (Danimarka) 1:1
Qollar: Ezzalzuli, 8 – Diks, 77.

HJK (Finlandiya) – “Dinamo” (Minsk, Belarus) 1:0
Qol: Moller, 46.

“Olimpiya” (Sloveniya) – LASK (Avstriya) 2:0
Qollar: Blanko, 14. Şvaytser, 80.

TNS (Uels) – “Astana” (Qazaxıstan) 2:0
Qollar: Holden, 40. Makmanus, 78-pen.

“Mlada Boleslav” (Çexiya) – “Luqano” (İsveçrə) 0:1
Qol: Steffen, 38.

TSK (Serbiya) – “Legiya” (Polşa) 0:3
Qollar: Kapustka, 11. Lukinyas, 47. Çodina, 62.

“Pafos” (Kipr) – “Haydenhaym” (Almaniya) 0:1
Qol: Mainka, 25.

Xəbəri istədiklərinizlə paylaşın