Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Türkiyə Super Liqasında qeyri-sabit mövsüm keçirən “Başakşəhər” doğma meydanda Belçikanın “Gent” komandası ilə üz-üzə gəlib. Bu komandalar arasında Belçikada baş tutmuş ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Bu üzdən cavab matçında qalib gələn tərəf mərhələ adlayacaqdı. Beş qolun qeydə alındığı bu matç qardaş ölkə təmsilçisi üçün uğursuz alınıb. Bundan əvvəlki mərhələdə Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdırmış “Gent” İstanbulda darmadağınla qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Türkiyə təmsilçisi isə avrokuboklarda mübarizəni dayandırıb.
Xatırladaq ki, Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin digər cavab oyunları martın 16-da keçiriləcək.
Avropa Konfrans Liqası
1/8 finalın cavab oyunları
15 mart
“Başakşəhər” (Türkiyə) – “Gent” (Belçika) 1:4
Qollar: Yanuzay, 88 – Orban, 31; 32; 34. Kuypers, 37.
Baş hakim: Benua Bastyen (Fransa).
İlk oyun – 1:1.
İstanbul, “Başakşəhər Fatih Terim” stadionu.


