Türkiyənin “Başakşəhər” klubu braziliyalı müdafiəçisi Rafael Pereyra ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ötən mövsüm Lion “Olimpik”indən ayrılan və azad agent kimi İstanbul klubuna keçən futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Başakşəhər” oyunçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Rafael Pereyra 2008-2015-ci illər aralığında “Mançester Yunayted”də forma geyinib. O, bu komandanın heyətində 3 dəfə İngiltərə çempionu olub. Sağ cinah müdafiəçisi “qırmızı şeytanlar”dan ayrılandan sonra 5 il də “Olimpik”də çıxış edib.