Bu gün “Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun 2023/2024 mövsümünün final qarşılaşması keçirilib.
Arena.az xəbər verir ki, həlledici oyunda “Neftçi” və “Xəzri” komandaları üz-üzə gəliblər.
Dolu tribunalar qarşısında keçirilən görüşə “Xəzri” üstün başlayıb və hesabda 10 xal fərqi ilə üstünlük yaxalayıb. Lakin sonradan geridönüş etməyi bacaran “Neftçi”, yekunda 65:61 hesablı qələbə qazanaraq, kubokun sahibi olub.
Finalın ən dəyərli oyunçusu “Neftçi”dən Ulaş Turqut seçilib. Qalib komandanın ən məhsuldar basketbolçusu da elə Ulaş Turqut olub – 15 xal, 8 ribaund. “Xəzri”də isə Cordan Perkins fərqlənib – 15 xal, 13 assist.
Xatırladaq ki, basketbol üzrə Azərbaycan Kubokunda ötən mövsüm “Gəncə” komandası bütün rəqiblərindən güclü olmuşdu.