Basketbol: Azərbaycan millisi dünya reytinqində gerilədi

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisi Beynəlxalq Basketbol Federasiyasının açıqladığı dünya reytinqində beş pillə geriləyib.

Arena.az Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytına istinadən xəbər verir ki, yığmamız hazırda 66,7 xalla 118-ci sırada qərarlaşıb.

Komandamız Avropa zonasında da 45-ci pillədədir.

ABŞ seçməsi 786,6 xalla liderdir. 778,2 xala malik İspaniya ikinci yerdədir. Xallarının sayını 759,7-yə çatdıran son dünya çempionu Almaniya isə üçüncü pilləyə yüksəlib.

Xatırladaq ki, Azərbaycan millisi 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsində İsveçrə, Kosovo və İrlandiya yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: