Azərbaycanın 3×3 basketbol üzrə qadınlardan yığma komandası və “Neftçi” klubunun üzvləri Serbiyada təlim-məşq toplanışındadır.
Arena.az xəbər verir ki, basketbolçularımız iyunun 1-dən bu ölkədə hazırlıq keçirlər.
Serbiyalı mütəxəssislərin rəhbərlik etdiyi qadın basketbolçularımız gündə iki dəfə olmaqla məşqlərdə iştirak edirlər. Hazırlıq prosesi iyunun 10-na qədər davam edəcək.
Xatırladaq ki, təlim-məşq toplanışının əsas məqsədi, 12-13 iyunda Şuşa şəhərində baş tutacaq 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunlarına hazırlaşmaqdır.