Basketbol Liqası: “AAAF Xırdalan” çətin qələbə ilə ikinci pillədə

Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 21-ci turunun daha bir oyunu baş tutub. Arena.az xəbər verir ki, turun ikinci oyununda “AAAF Xırdalan” və “Zirvə Astara” basketbolçuları üz-üzə gəliblər.

Gərgin keçən qarşılaşma əlavə vaxta gedib. Bu oyunda geridönüş edən “AAAF Xırdalan” yekunda 90:85 hesabı ilə çətin qələbə qazanıb.

Qalib komandanın heyətində ən məhsuldar basketbolçu Endryu Korum (21 xal, 16 ribaund) olub. “Zirvə Astara”dan isə Cerret Henderson ön plana çıxıb – 21 xal, 10 ribaund.

21-ci turun qalan oyunları 11 və 12 mart tarixlərində keçiriləcək. “Gəncə” “Sərhədçi”ni, “Olimpik Şəki” isə “Sabah”ı qəbul edəcək.

Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:

  1. NTD (21 oyun, 15 qələbə, 6 məğlubiyyət) – 36 xal
  2. AAAF Xırdalan (21 oyun, 14 qələbə, 7 məğlubiyyət) – 35 xal
  3. Sabah (20 oyun, 14 qələbə, 6 məğlubiyyət) – 34 xal
  4. Sərhədçi (20 oyun, 13 qələbə, 7 məğlubiyyət) – 33 xal
  5. Gəncə (19 oyun, 12 qələbə, 7 məğlubiyyət) – 31 xal
  6. Neftçi İK (21 oyun, 7 qələbə, 14 məğlubiyyət) – 28 xal
  7. Zirvə Astara (20 oyun, 4 qələbə, 16 məğlubiyyət) – 24 xal
  8. Olimpik Şəki (20 oyun, 2 qələbə, 18 məğlubiyyət) – 22 xal