Basketbol Liqası: “AAAF Xırdalan” lideri büdrətdi

Bu gün “Sərhədçi” İdman Mərkəzində keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasında 23-cü tura start verilib. Arena.az xəbər verir ki, turun ilk oyununda “Sabah” və “AAAF Xırdalan” komandaları üz-üzə gəliblər.

Oyuna üstün başlayan “AAAF Xırdalan” yekunda rəqibi üzərində 84:69 hesablı qələbə qazanıb. “Sabah”ın ən məhsuldar basketbolçusu Entoni Patti olub – 20 xal, 12 ribaund. Qalib komandanın heyətində isə Deymon Makdouel fərqlənib – 28 xal, 5 ribaund.

23-cü turun qalan oyunları (“NTD” – “Olimpik Şəki”, “Neftçi” İK – “Sərhədçi”, “Gəncə” – “Zirvə Astara”) aprelin 1-2-də keçiriləcək.

Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:

  1. Sabah (23 oyun, 16 qələbə, 7 məğlubiyyət) – 39 xal
  2. AAAF Xırdalan (22 oyun, 16 qələbə, 7 məğlubiyyət) – 39 xal
  3. NTD (22 oyun, 16 qələbə, 6 məğlubiyyət) – 38 xal
  4. Gəncə (22 oyun, 15 qələbə, 7 məğlubiyyət) – 37 xal
  5. Sərhədçi (22 oyun, 13 qələbə, 9 məğlubiyyət) – 35 xal
  6. Neftçi İK (22 oyun, 7 qələbə, 15 məğlubiyyət) – 29 xal
  7. Zirvə Astara (22 oyun, 4 qələbə, 18 məğlubiyyət) – 27 xal
  8. Olimpik Şəki (22 oyun, 2 qələbə, 20 məğlubiyyət) – 24 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: