Bu gün “Sərhədçi” İdman Mərkəzində baş tutan bir oyunla Azərbaycan Basketbol Liqasının sonuncu – 28-ci turuna start verilib. Arena.az xəbər verir ki, müntəzəm çempionatın sonuncu turunun açılış oyununda “Gəncə” və “Sərhədçi” komandaları üz-üzə gəliblər.
Pley-off mərhələsinə vəsiqəni təmin etmiş gəncəli basketbolçular son oyunda 102:85 hesablı qələbə qazanıblar. “Sərhədçi”nin heyətində ən məhsuldar basketbolçu Maykl Diqqins olub – 27 xal, 11 ribaund. Qalib komandada isə Kollin Törner fərqlənib – 28 xal, 9 asist.
Bu turun “Zirvə” (Astara) – “AAAF Xırdalan” oyunu sabah keçiriləcək. Turun qalan iki oyunu (“Sabah” – “Olimpik Şəki”, NTD – “Neftçi” İK) isə ayın 29-na təsadüf edəcək.
Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:
1. Sabah (27 oyun, 20 qələbə, 7 məğlubiyyət) – 47 xal
2. Gəncə (28 oyun, 20 qələbə, 8 məğlubiyyət) – 48 xal
3. NTD (27 oyun, 19 qələbə, 8 məğlubiyyət) – 46 xal
4. AAAF Xırdalan (27 oyun, 18 qələbə, 9 məğlubiyyət) – 45 xal
5. Sərhədçi (28 oyun, 14 qələbə, 14 məğlubiyyət) – 42 xal
6. Zirvə (27 oyun, 7 qələbə, 20 məğlubiyyət) – 36 xal
7. Neftçi İK (27 oyun, 9 qələbə, 18 məğlubiyyət) – 36 xal
8. Olimpik (27 oyun, 2 qələbə, 25 məğlubiyyət) – 29 xal


