Basketbol Liqası: “Gəncə” yenidən 3-cü pillədə!

Bu gün Sərhədçi İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 16-cı turundan təxirə salınmış bir qarşılaşma baş tutub. Arena.az xəbər verir ki, günün yeganə görüşü “Zirvə Astara” ilə “Gəncə” basketbolçuları arasında keçirilib.

Gərgin keçən qarşılaşma əlavə vaxta qədər davam edib. Oyunun sonunda “Gəncə” rəqibi üzərində 109:104 hesablı qələbəyə sevinib. Nəticədə Gəncə təmsilçisi turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. “Zirvə Astara” 7-ci pillədə qalıb.

“Zirvə Astara”nın heyətində ən məhsuldar basketbolçu Derin Conson olub – 24 xal, 4 ribaund. Qalib komandanın heyətində isə Cared Smol ön plana çıxıb – 32 xal, 8 ribaund.

Sabah – martın 15-də Azərbaycan çempionatında 22-ci tura start veriləcək. İlk oyun “Neftçi” İK ilə “AAAF Xırdalan” arasında baş tutacaq. “Zirvə Astara” – “Sabah” və NTD – “Sərhədçi” oyunları ayın 18-də, “Olimpik Şəki” – “Gəncə” matçı martın 19-da keçiriləcək.

Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:

  1. Sabah (21 oyun, 15 qələbə, 6 məğlubiyyət) – 36 xal
  2. NTD (21 oyun, 15 qələbə, 6 məğlubiyyət) – 36 xal
  3. Gəncə (21 oyun, 14 qələbə, 7 məğlubiyyət) – 35 xal
  4. AAAF Xırdalan (21 oyun, 14 qələbə, 7 məğlubiyyət) – 35 xal
  5. Sərhədçi (21 oyun, 13 qələbə, 8 məğlubiyyət) – 34 xal
  6. Neftçi İK (21 oyun, 7 qələbə, 14 məğlubiyyət) – 28 xal
  7. Zirvə Astara (21 oyun, 4 qələbə, 17 məğlubiyyət) – 26 xal
  8. Olimpik Şəki (21 oyun, 2 qələbə, 19 məğlubiyyət) – 23 xal