Basketbol Liqası: NTD zirvədə, “Sərhədçi” “Neftçi”yə uduzdu

Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 23-cü turu çərçivəsində daha iki oyun keçirilib. Arena.az xəbər verir ki, günün ilk oyununda NTD komandası region təmsilçisi “Olimpik” (Şəki) ilə üz-üzə gəlib.

Paytaxt təmsilçisi bu oyunda 102:71 hesablı rahat qələbə qazanıb. Nəticədə NTD yenidən çempionatın vahid lideri olub. Qalib komandanın heyətində ən məhsuldar basketbolçu Brayson Robinson olub – 24 xal, 7 asist. “Olimpik”də isə Larri Robinson diqqət mərkəzinə düşüb – 21 xal, 6 asist.

Günün ikinci oyunu “Neftçi” və “Sərhədçi” basketbolçuları arasında keçirilib. Bu görüşdə 89:77 hesablı qələbə qazanan “Neftçi” rəqibinin pley-off şanslarını azaldıb. Qalib komandanın ən məhsuldar basketbolçusu Yuri Kondrakov olub – 22 xal, 11 ribaund, 11 asist. “Sərhədçi”də isə Maksvel Starvud daha məhsuldar çıxış edib – 24 xal, 3 ribaund.

Xatırladaq ki, turun ilk oyununda “AAAF Xırdalan” “Sabah”a 84:69 hesabıyla qalib gəlmişdi. Tura aprelin 2-də keçiriləcək “Gəncə” – “Zirvə” (Astara) oyunu ilə yekun vurulacaq.

Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:

1. NTD (23 oyun, 17 qələbə, 6 məğlubiyyət) – 40 xal

2. Sabah (23 oyun, 16 qələbə, 7 məğlubiyyət) – 39 xal

3. AAAF Xırdalan (22 oyun, 16 qələbə, 7 məğlubiyyət) – 39 xal

4. Gəncə (22 oyun, 15 qələbə, 7 məğlubiyyət) – 37 xal

5. Sərhədçi (23 oyun, 13 qələbə, 10 məğlubiyyət) – 36 xal

6. Neftçi İK (23 oyun, 8 qələbə, 15 məğlubiyyət) – 31 xal

7. Zirvə (22 oyun, 4 qələbə, 18 məğlubiyyət) – 27 xal

8. Olimpik (23 oyun, 2 qələbə, 21 məğlubiyyət) – 25 xal

Xəbəri sosial şəbəkələrdə paylaş: