Basketbol Liqası: “Sabah”dan Gəncədə çətin qələbə

Bu gün Gəncə Olimpiya İdman Kompleksində keçirilən bir qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının 25-ci turuna start verilib. Arena.az xəbər verir ki, turun açılış oyununda “Gəncə” “Sabah” komandasını qəbul edib.

Xalaxal prinsipi ilə keçən gərgin oyunun sonunda sevinən tərəf “Sabah” olub. Paytaxt təmsilçisi amerikalı oyunçusu Kalin Kreynin sona bir saniyə qalmış yerinə yetirdiyi dəqiq üçlüklə oyunu 87:84 hesablı qələbə ilə tamamlayıb. Nəticədə sözügedən komanda zirvəyə yüksəlib.

“Gəncə”nin heyətində ən məhsuldar basketbolçu Amil Həmzəyev olub – 33 xal, 3 ribaund. Qalib komandanın heyətində isə Kalin Kreyn özündən söz etdirib – 20 xal, 3 ribaund.

Xatırladaq ki, turun digər oyunları (“Olimpik Şəki” – “Neftçi” İK, “AAAF Xırdalan” – NTD, “Sərhədçi” – “Zirvə Astara”) 9, 10 və 11 apreldə baş tutacaq.

Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:

1. Sabah (25 oyun, 18 qələbə, 7 məğlubiyyət) – 43 xal

2. NTD (24 oyun, 18 qələbə, 6 məğlubiyyət) – 42 xal

3. Gəncə (25 oyun, 17 qələbə, 8 məğlubiyyət) – 42 xal

4. AAAF Xırdalan (24 oyun, 16 qələbə, 8 məğlubiyyət) – 40 xal

5. Sərhədçi (24 oyun, 14 qələbə, 10 məğlubiyyət) – 38 xal

6. Neftçi İK (24 oyun, 8 qələbə, 16 məğlubiyyət) – 32 xal

7. Zirvə (24 oyun, 4 qələbə, 20 məğlubiyyət) – 30 xal

8. Olimpik (24 oyun, 2 qələbə, 22 məğlubiyyət) – 26 xal

Xəbəri sosial şəbəkələrdə paylaş: