Bu gün Astara Olimpiya İdman Kompleksində keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasının 26-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, turun qapanış matçında yerli “Zirvə” və Şəkinin “Olimpik” komandaları üz-üzə gəliblər.
Oyuna daha üstün başlayan Astara təmsilçisi yekunda rəqibi üzərində 92:82 hesablı qələbəyə sevinib. Qalib komandanın heyətində ən məhsuldar basketbolçu Cerret Henderson olub – 26 xal, 14 ribaund. “Olimpik”də isə Larri Robinson daha çox diqqət mərkəzinə düşüb – 27 xal, 9 asist.
Xatırladaq ki, 27-ci turun oyunarı 19-23 aprel aralığında baş tutacaq.
Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:
1. Sabah (26 oyun, 19 qələbə, 7 məğlubiyyət) – 45 xal
2. NTD (26 oyun, 19 qələbə, 7 məğlubiyyət) – 45 xal
3. Gəncə (26 oyun, 18 qələbə, 8 məğlubiyyət) – 44 xal
4. AAAF Xırdalan (26 oyun, 17 qələbə, 9 məğlubiyyət) – 43 xal
5. Sərhədçi (26 oyun, 14 qələbə, 12 məğlubiyyət) – 40 xal
6. Neftçi İK (26 oyun, 9 qələbə, 17 məğlubiyyət) – 35 xal
7. Zirvə (26 oyun, 6 qələbə, 20 məğlubiyyət) – 34 xal
8. Olimpik (26 oyun, 2 qələbə, 24 məğlubiyyət) – 28 xal


