Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün üçüncü yarımfinalçısı müəyyənləşib.
Arena.az xəbər verir ki, pley-off mərhələsinin üçüncü matçında “Şəki” evdə “Gəncə”ni məğlub edib.
Şəki Olimpiya İdman Kompleksində baş tutan görüş meydan sahiblərinin 85:83 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, tərəflər arasında keçirilmiş ilk oyunda “Şəki” (85:84), ikinci matçda isə “Gəncə” (94:71) qələbə qazanmışdı.
Bu gün keçiriləcək digər matçda “Abşeron” “Naxçıvan”la münasibətlərə aydınlıq gətirəcək. Bakı İdman Sarayında baş tutacaq oyuna saat 19:00-da start veriləcək. Komandalar arasında keçirilmiş ilk oyunda “Naxçıvan” 88:83 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, daha əvvəl “Sabah” və “Neftçi” də yarımfinala vəsiqə qazanmışdılar.
Azərbaycan Basketbol Liqası
Pley-off mərhələsi, 3-cü oyun
22 aprel
“Şəki” – “Gəncə” 85:83 (15:19, 26:14, 20:26, 24:24)
Şəki Olimpiya İdman Kompleksi.