Basketbol millimiz Bolqarıstana səfərdə də uduzdu

Qadınlardan ibarət basketbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, yığmamız səfərdə Bolqarıstan komandası ilə üz-üzə gəlib.

Plovdiv şəhərindəki “Kolodrum Arena”da təşkil edilmiş oyunda komandamız növbəti məğlubiyyətinə üzülüb. Millimiz 40:120 hesabı ilə uduzub.

Xatırladaq ki, Azərbaycan millisi Bolqarıstan yığmasına qarşı keçirdiyi ev oyununda 48:141 da hesabı ilə məğlub olmuşdu. Komandamız bu qrupda Monteneqroya (62:104) və Ukraynaya (34:98) da uduzub. Yığmamız yer aldığı E qrupunda 4 xalla sonuncu – dördüncü sırada qərarlaşıb. Qrupa 8 xala malik Bolqarıstan yığması liderlik edir. Ukraynanın 5, Monteneqronun 4 xalı var.

Qeyd edək ki, basketbol üzrə növbəti Avropa çempionatının final mərhələsi 2027-ci ildə təşkil ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: