Basketbol millimiz Kosovo yığmasını məğlub yola saldı

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu millimiz qrupdakı ikinci oyununda Kosovo yığmasını qəbul edib.

Bakıdakı “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutan qarşılaşma yığmamız üçün uğurlu alınıb. Belə ki, basketbolçularımız bu oyunu 87:77 hesablı qələbə ilə başa vurublar.

Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələnin ilk turunda İsveçrəyə məğlub olmuşdu – 53:72.

Bu qrupun digər oyununda İrlandiya yığması bu gün doğma meydanda İsveçrə millisini sınağa çəkib. Bu qarşılaşmaya Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

Qeyd edək ki, basketbol üzrə dünya çempionatı 2027-ci ildə Qətərdə təşkil olunacaq.