Basketbol: “Neftçi” və “Sabah”dan pley-offa uğurlu start

Kişilər arasında təşkil olunmuş Azərbaycan Basketbol Liqasında (ABL) bu gün pley-off mərhələsinin növbəti oyunları keçrilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Hər iki oyun Bakı İdman Sarayında təşkil olunub. Burada öncə “Neftçi” “Ordu”nu sınağa çəkib. “Hərbçilər” böyük fasiləyə üstün yollansalar da, “ağ-qaralar” 3-cü periodda özlərinə gəliblər. 10 dəqiqə ərzində 20 xallıq fərq əldə edən “Neftçi” bu görüşü qələbə ilə başa vurub.

Ardınca “Sabah” və “Sərhədçi” komandaları qarşılaşıblar. Çempion son dövrəyədək rəqib ciddi müqaviməti ilə üzləşib. Rimas Kurtinaytisin komandası son 10 dəqiqədə müdafiədə etibarlı oyun sayəsində rəqibi fərqli məğlub edib.

Qeyd edək ki, pley-offun ilk oyunlarına sabah yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
Pley-offun ilk oyunları
18 aprel

“Neftçi” – “Ordu” 93:84 (19:24, 17:21, 38:18, 19:21)
Bakı İdman Sarayı.

“Sabah” – “Sərhədçi” 90:64 (16:21, 24:18, 15:21, 35:4)
Bakı İdman Sarayı.