Basketbol: “Neftçi” və “Xəzri” kubokun yarımfinalında!

Bu gün basketbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün qrup mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.

Arena.az xəbər verir ki, martın 8-də “Sərhədçi” İdman Mərkəzində “A” qrupu çərçivəsində iki oyun baş tutub.

Günün ilk oyununda “Neftçi” və “Cəlilabad” komandaları üz-üzə gəliblər. Bu oyun “Neftçi” klubunun 82:71 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə ilə “Neftçi” qrupdan çıxmağı təmin edib. Qalib komandanın ən məhsuldar basketbolçusu Ceyms Haforn olub – 17 xal, 7 ribaund. “Cəlilabad”da isə Rişon Conson fərqlənib – 18 xal, 6 ribaund.

Günün ikinci oyununda qrupun lideri “Xəzri” “Xırdalan”la qarşılaşıb. Oyunu 75:64 hesabı ilə qalib tamamlayan “Xəzri” Azərbaycan Kubokunun yarımfinalına vəsiqəni təmin edib. “Xırdalan”ın heyətində ən məhsuldar basketbolçu Cakori Arçi olub – 21 xal, 8 ribaund. “Xəzri”də isə Ceremi Maklaflin qələbədə böyük pay sahibi olub – 22 xal, 17 ribaund.

Qeyd edək ki, “A” qrupunu lider tamamlamaq uğrunda oyun, “Xəzri” və “Neftçi” komandaları arasında baş tutacaq.