Basketbol: “Neftçi”nin Puatyedəki rəqibləri bilindi

27-28 iyunda Fransanın Puatye şəhərində 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq.

Arena.az xəbər verir ki, bu mərhələdə Azərbaycannın “Neftçi” komandası da mübarizə aparacaq.

Artıq Dünya Qadın Seriyasının Puatye mərhələsinin püşkü də atılıb. “Neftçi” isə A qrupunda Kanada və İtaliya milliləri ilə üz-üzə gələcək.

“Neftçi” qrupda ilk oyununu Bakı vaxtı ilə saat 19:30-da Kanada seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Xatırladaq ki, bu mövsüm Dünya Qadın Seriyasında iki mərhələ Azərbaycanda baş tutub. Astaradakı yarışda komandalarımız uğur qazana bilməsə də, Şuşadakı mərhələdə “Neftçi”nin çempionluğu ilə başa çatmışdı.

Əvvəlki mərhələlərdə iştirak etmiş Azərbaycan milli komandası Puatyedəki yarışda mübarizəyə qatılmayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: