Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 17-ci turunun növbəti qarşılaşması keçirilib.
Arena.az xəbər verir ki, dördüncü oyun günündə də bir görüş baş tutub.
Günün yeganə qarşılaşması Cəlilabad Olimpiya İdman Kompleksində keçirilib. Burada yerli “Cəlilabad” koamndası “NTD-İndiqo”nu qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə bitib – 108:87.
Xatırladaq ki, 17-ci turun əvvəlki oyunlarında “Sərhədçi” “Xəzri”yə 98:70, “Xırdalan” “Neftçi”yə 114:109, “Sabah” isə “Sumqayıt”a 93:73 hesabıyla qalib gəlmişdi. Tura sabah keçiriləcək “Şəki” – “Gəncə” oyunu ilə yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Sabah (17 oyun, 14 qələbə, 3 məğlubiyyət) – 31 xal
- Xəzri (17 oyun, 13 qələbə, 4 məğlubiyyət) – 30 xal
- NTD-İndiqo (17 oyun, 13 qələbə, 4 məğlubiyyət) – 30 xal
- Xırdalan (17 oyun, 11 qələbə, 6 məğlubiyyət) – 28 xal
- Neftçi (17 oyun, 11 qələbə, 6 məğlubiyyət) – 28 xal
- Sərhədçi (17 oyun, 7 qələbə, 10 məğlubiyyət) – 24 xal
- Sumqayıt (17 oyun, 6 qələbə, 11 məğlubiyyət ) – 23 xal
- Cəlilabad (17 oyun, 5 qələbə, 12 məğlubiyyət) – 22 xal
- Gəncə (16 oyun, 4 qələbə, 12 məğlubiyyət) – 20 xal
- Şəki (16 oyun, 16 məğlubiyyət) – 15 xal