Basketbol: “NTD-İndiqo” qrup liderliyini ələ keçirdi

Bu gün basketbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün qrup mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, hər iki oyun “Sərhədçi” İdman Mərkəzində baş tutub.

Günün ilk oyunu “B” qrupunda qərarlaşmış “Sabah” və “Şəki” komandaları arasında keçirilib. Bu oyun “Sabah”ın 103:82 hesablı rahat qələbəsi ilə yekunlaşıb.

Günün ikinci oyununda kuboka yaxşı start vermiş iki klub, “NTD-İndiqo” və “Sərhədçi” üz-üzə gəlib. Oyunu 104:70 hesabı ilə qalib tamamlayan “NTD-İndiqo” “B” qrupunda vahid liderliyi ələ keçirib.