Kişilər arasında təşkil olunmuş Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün pley-off mərhələsi davam edir.
Arena.az xəbər verir ki, bu gün ikinci oyunlar çərçivəsində növbəti matçlar keçirilib.
“Sərhədçi” İdman Mərkəzində eyniadlı komanda “Sabah”ı qəbul edib. Bu görüş qonaqların üstünlüyü ilə keçib. Son çempion seriyanın ikinci görüşünü də qalib başa vuraraq, yarımfinala yüksəlib.
“Ordu” və “Neftçi” komandaları isə Bakı İdman Sarayında üz-üzə gəliblər. “Hərbçilər”in seriyada hesabı bərabərləşdirmək cəhdləri uğursuz olub. Oyuna daha yaxşı başlayan “Neftçi” sonadək üstün çıxış edib. İnamlı qələbə bu komandanı ikinci yarımfinalçı edib.
Qeyd edək ki, “Sabah” finala gedən yolda “Şəki” – “Gəncə”, “Neftçi” isə “Naxçıvan” – “Abşeron” cütünün qalibi ilə qarşılaşacaq.
İkinci oyunlara sabah yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
Pley-off mərhələsinin 2-ci oyunları
21 aprel
“Sərhədçi” – “Sabah” 77:100 (11:29, 21:33, 24:20, 21:22)
Sərhədçi İdman Mərkəzi.
“Ordu” – “Neftçi” 54:88 (11:22, 7:18, 11:24, 25:24)
Bakı İdman Sarayı.