Basketbol: “Sabah”ın Avropa Kubokundakı rəqibləri bəlli oldu

Basketbol üzrə Azərbaycan çempionu “Sabah”ın FIBA Avropa Kubokundakı rəqibləri və oyunlarının təqvimi müəyyənləşib.

Arena.az xəbər verir ki, Bakı klubu FIBA Avropa kubokunun G qrupunda yer alacaq.

Təmsilçimiz Belçikanın “Spiru”, Yunanıstanın “Marussi” və İsveçin “Norrçöpinq Dolfins” kollektivləri ilə mübarizə aparacaq.

“Sabah” ilk oyununu Belçika təmsilçisinə qarşı keçirəcək. Azərbaycan çempionu oktyabrın 9-da “Spiru”nun qonağı olacaq. “Bayquşlar” oktyabrın 18-də “Norrçöpinq Dolfins”i, ayın 23-də isə “Marussi”ni qəbul edəcək. Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda noyabrın 6-da səfərdə “Marussi” ilə, 13-də “Norrçöpinq Dolfins”lə qarşılaşacaq.

Basketbol, Avropa Kuboku

1-ci tur, 9 oktyabr
22:30. “Spiru” – “Sabah”

2-ci tur, 18 oktyabr
19:00. “Sabah” – “Marussi”

3-cü tur, 23 oktyabr
21:00. “Sabah” – “Norrçöpinq Dolfins”

4-cü tur, 30 oktyabr
19:00. “Sabah” – “Spiru”

5-ci tur, 6 noyabr
22:30. “Marussi” – “Sabah”

6-cı tur, 13 noyabr
19:00. “Norrçöpinq Dolfins” – “Sabah”