Basketbol: U-16 yığmamız AÇ-yə uğursuz başladı

16 yaşadək oğlanlardan ibarət basketbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının C Divizionunda ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi millimiz Albaniya yığması ilə üz-üzə gəlib.

Albaniyanın paytaxtı Tiranada keçirilən qarşılaşma seçməmizin 56:60 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Xatırladaq ki, U-16 millimiz növbəti oyununu iyulun 10-da Moldova yığmasına qarşı keçirəcək. Bu oyuna Bakı vaxtı ilə saat 16:30-da start veriləcək. Bir gün sonra isə basketbol millimiz saat 16:30-da Malta yığması ilə münasibətlərinə aydınlıq gətirəcək.